18 
Iyn
2021
21:17
312

Çerçvadze proqnoz verdi: "2021-ci ilin sonunda Gürcüstanda virusun daha az halları olacaq"

"2021-ci ilin sonunda Gürcüstanda virusun daha az halları olacaq, klinik sektor buna asan tab gətirəcək".

InterPress.ge xəbər verir ki, bu barədə İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, ölkədə dördüncü dalğa avqustun sonu və ya sentyabrın əvvəlində başlayacaq, lakin nisbətən asan olacaq.

"Fikrim budur ki, dördüncü dalğa ola bilər, amma yüngül olacaq. Bunu mənə deməyə nə imkan verir? Sentyabr ayına qədər Gürcüstanda daha çox insan aşılanmış olacaq, iyul ayında kütləvi peyvəndləmə başlayacaq və daha çox insan kovid keçirmiş olacaq. Yəni immuniteti olanlar çox olacaq.

Dördüncü dalğadan tamamilə yayınıb yayınmayacağımız öz işimizdir. Yayda dözsək və maskaların istifadəsini azaltmasaq, maskaları kütləvi istefa etsək, çox güman ki, dördüncü dalğa olmayacaq. Hər bir halda o nəzərə çarpan olmayacaq. Güman edirəm ki, ilin sonunda Gürcüstanda pandemiya olmayacaq. Bir neçə hal olacaq, klinik sektor bu halları elə idarə edəcək ki, insanların normal həyatına təsir etməyəcək", - dedi Tenqiz Çerçvadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər