17 
Iyn
2021
11:22
5077

Nazir komendant saatının ləğvi ilə bağlı açıqlama verdi

"Xüsusilə yay dövründə vətəndaşlar üçün hərəkət məhdudiyyətini götürməyə ehtiyac olduğunu düşünürük, buna baxmayaraq bu cür qərarların şura formatında verilməsini nəzərə almaq lazımdır".

InterPress.ge xəbər verir ki, bu barədə İşğal olunmuş ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər üzrə Nazir Ekaterine Tikaradze qeyd edib.
Onun sözlərinə görə, Gürcüstanda epidemioloji inkişaf diqqət çəkir. Eyni zamanda, o, ictimaiyyət tərəfindən tövsiyələrə əməl edilməsinin vacib olduğunu qeyd etdi.
"Xüsusilə yay dövründə vətəndaşlar üçün hərəkət məhdudiyyətini götürməəyə ehtiyac olduğunu düşünürük, buna baxmayaraq bu cür qərarların şura formatında verilməsini nəzərə almaq lazımdır. Gürcüstanda epidemioloji vəziyyət diqqət çəkir, buna görə də cəmiyyəti səfərbər etmək və xəstəliyə nəzarət tərəfindən təmin olunan bütün tədbirlərin qorunmasına diqqət yetirmək vacibdir. Əlbətdə ki, Səhiyyə Nazirliyi hər gün ilk növbədə sosial məsafənin qorunmasına ehtiyac olduğu barədə məlumatlar yayır"- dedi Ekaterine Tikaradze.

Onun sözlərinə görə, bu mərhələdə Gürcüstanda Hindistan ştammının 18 halı qeydə alınıb və tədqiqatlar davam edir.

"Tədqiqatları davam etdiririk, çünki koronavirusun yayılmasının daha yüksək ola biləcəyinə dair bəzi şübhələr var. Hər kəs Hindistan ştammının yayılmasının digər ştammlara nisbətən daha sürətli olduğunu bilirik"- Tikaradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər