17 
Iyn
2021
11:13
498

Nazir ölkədə koronavirusdan ölüm sayının artmasının əsas səbəbini açıqladı

Səhiyyə naziri ölkədə koronavirusdan ölüm sayının artmasının əsas səbəblərinin nə olduğunu izah edib.

InterPress.ge xəbər verir ki, bu barədə Ekaterine Tikaradze "İmedis Dila" verilişində danışıb.

Nazir əsas amillərdən biri kimi Gürcüstanda müxtəlif COVID-19 ştammlarının yayılmasının adını çəkib və əhalini şübhəli simptomlar olduğu təqdirdə testdən keçməyə çağırıb.

“Bir çox versiya ola bilər, amma Səhiyyə Nazirliyi ölkədə baş verən bütün hadisələri epidemiologiya baxımından təhlil edir. Bu mərhələdə, müxtəlif ölkələrdə tədricən müşahidə olunan yeni ştammlar nəzərdən keçirilməlidir və Gürcüstan da istisna deyil. Xəstəliyin gedişi də müxtəlifdir. Əlbətdə bunun ölüm hallarına təsiri var. Onu da nəzərə almaq vacibdir ki, hər zaman vətəndaşlara virusun vaxtında aşkarlanması və vaxtında həkimə getmələri üçün testdən keçmələrinin vacib olduğunu söyləyirik. Testlər həm coğrafi, həm də kəmiyyət baxımından mövcud olsa da, bunun kifayət olmadığını düşünürük. Vətəndaşları bütün şübhəli simptomlar halında gedib yoxlanmağa çağırırıq", - dedi nazir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər