Səhiyyə naziri: "Yaxın gələcəkdə geniş peyvənd çeşidimiz olacaq, bunun əsasında kütləvi peyvəndləməyə başlamağı planlaşdırırıq"
"Gürcüstanda epidemioloji vəziyyət diqqətəlayiqdir. Cəmiyyətin səfərbərliyinin bütün tədbirlərin qorunmasına yönəldilməsi vacibdir - yaxın gələcəkdə geniş çeşidimiz olacaq, bunun əsasında artıq kütləvi peyvəndləməyə başlamağı planlaşdırırıq".
InterPress.ge xəbər verir ki, bu barədə Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər naziri Ekaterine Tikaradze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, cəmiyyətin peyvəndləmə prosesinə fəal iştirakı vacibdir.
“Gürcüstanda epidemioloji vəziyyət diqqətəlayiqdir. Cəmiyyətin səfərbərliyinin Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən verilən bütün tədbirlərə riayət edilməsinə yönəldilməsi vacibdir. Əlbəttə ki, sosial məsafə və maska vacibdir. Aşılama prosesində aktiv iştirak da vacibdir. Qeyd etmək lazımdır ki, ehtiyac yarandığı yerlərdə bölgələrə briqadalar əlavə olundu və bu davam edəcək. Artıq əlavə dozaların logistikası üzərində işləyirik. Yaxın gələcəkdə geniş çeşidimiz olacaq, bunun əsasında artıq kütləvi aşılamağa başlamağı planlaşdırırıq. Söhbət "Moderna"dan, eyni zamanda "Johnson Johnson" və "Novovax"dan gedir. Bu səbəbdən vətəndaşlar geniş seçim imkanı qazanacaqlar", - dedi nazir.
O, həmçinin Hindistan ştammından da bəhs edib və bu mərhələdə təsdiqlənmiş 18 halın olduğunu qeyd edib, lakin yayılmasının daha yüksək olacağına dair bəzi şübhələr olduğunu bildirib.
“Bu mərhələdə təsdiqlənmiş 18 hal var. Əlbətdə ki, araşdırmağa davam edirik. Yayılmasının daha yüksək ola biləcəyinə dair bəzi şübhələr var. Çünki hamı bilir ki, Hindistan ştammı daha sürətlə yayılır", - dedi Tikaradze.


