Təqaüd məsələsi ilə bağlı "Liberty Bank"ın nümayəndələri ilə Parlamentdə növbəti görüş keçirilib.
InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Parlamenti yayır.
Parlamentin sədri Kaxa Kuçava ilə görüşdə əsas müzakirə mövzusu təqaüdçülər üçün daha əlverişli şəraitin yaradılması olub. İclasda tərəflər faiz dərəcələrinin azaldılması məsələsini müzakirə ediblər.
İclasda vitse-spiker Levan İoseliani, parlament çoxluğunun üzvü, İrakli Zarkua, Liberty Bank-ın baş direktoru Vasil Xodeli, Maliyyə Nazirliyinin və Milli Bankın nümayəndələri iştirak ediblər.
