16 
Iyn
2021
13:17
375

Tbilisi- Leselidze- Senaki yolunun bu hissəsi müvəqqəti bağlanacaq

Yay mövsümünün başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi ilə beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze yolunun 88-ci km-də yerləşən Qori yol tunelində, 22 iyun 2021-ci il saat 00: 00-dan 22: 00-dək və Senaki-Tbilisi tunelinə 24 iyun 00: 00-dan 26 iyun 00: 00-dək Tbilisi-Senaki tunelinin istiqamətində hər cür nəqliyatın hərəkət qadağandır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Avtomobil Yolları Departamentindən məlumat verilib.

Məlumata görə, Senaki-Tbilisi tuneli bağlandıqdan sonra nəqliyyat vasitələri daxili əhəmiyyətli Qori tuneli giriş yoluna keçəcək.

Yol tunelinin Tbilisi-Senaki istiqaməti bağlandıqda nəqliyyat axını tunelin Senaki-Tbilisi istiqamətinə, Senaki-Tbilisi istiqaməti isə daxili əhəmiyyətli Qori tunellərinin giriş yoluna keçid edəcək.

Hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın