Bu yolda nəqliyyatın hərəkəti qadağan ediləcək
Beynəlxalq əhəmiyyətli Senaki-Poti (Asakçevi) - Sarpi avtomobil yolunun 92 km-də olan Çakvi- Maxingauri avtomobil tunellərində, yay mövsümü ilə əlaqədar profilaktik işlərin aparılması məqsədilə 17 iyun 2021-ci il 00:00-dan 21 iyun 00:00-dək tunelin Kobuleti-Batumi, 23 iyun 00:00-dan 27 iyun 00:00-dək isə tunelin Batumi-Kobuleti istiqamətində hər növ nəqliyyat vasitəsinin hərəkəti qadağan ediləcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən verilib.
Məlumata görə, Kobuleti-Batumi istiqaməti bağlanarkən nəqliyyat axını tunelin Batumi-Kobuleti istiqamətinə, Batumi-Kobuleti istiqaməti bağlanarkən isə Kobuleti-Batumi istiqamətinə keçiriləcək. Hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcək.


