15 
Iyn
2021
12:57
328

Münaqişə zəminində bir nəfəri yaralayan şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Sameqrelo Zemo Svaneti Polis Departamentinin Senaki Rayon Şöbəsinin əməkdaşları, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 1997 təvəllüdlü B.Q - nı qəsdən sağlamlığa ağır xəsarət yetirmək və qanunsuz olaraq odlu silah almaq – saxlamaq - daşımaq ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirlyindən məlumat verilib.

“İstintaq müəyyən etdi ki, şübhəli keçmişdə baş vermiş münaqişə zəminində Xorşi kəndinə gedən yolda 1975 təvəllüdlü L.M - nı odlu silahla yaralayıb və hadisə yerindən qaçaraq gizlənib. Yaralı şəxs xəstəxanaya aparılıb.

Polis, isti təqib ilə aparılmış istinaq və axtarış tədbirləri nəticəsində hadisədən iki gün sonra B.Q - nı Mçxetada saxlayıb.

Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi və 236-cı maddəsinin 3-cü və 4-cü bəndləri ilə istintaq davam etdirilir ki, bu da sağlamlığa qəsdən ağır zərər vurma və qanunsuz olaraq odlu silah alma-saxlama-daşıma faktlarını nəzərdə tutur", - İdarənin məlumatında qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər