14 
Iyn
2021
21:58
221

Yens Stoltenberq: “Dəyərli tərəfdaşlarımız - Ukrayna və Gürcüstanla həmrəy olduğumuzu bildiririk"

" NATO-ya yaxınlaşmaq üçün Gürcüstan və Ukraynadakı islahatları dəstəkləməyə davam edəcəyik".

InterPress.ge xəbər verir ki, bu barədə NATO- nun Baş Katibi Yens Stoltenberq Brüssel sammitindən sonra keçirdiyi mətbuat konfransında açıqlama verdi.

“Dəyərli tərəfdaşlarımız - Ukrayna və Gürcüstanla həmrəy olduğumuzu bildiririk. NATO-ya yaxınlaşmaq üçün islahatlarını dəstəkləməyə davam edəcəyik"- dedi Stoltenberq.

Yens Stoltenberq Gürcüstanın NATO-ya nə zaman üzv ola biləcəyi ilə bağlı suala belə cavab verdi:
"Gürcüstan üçün mesaj Ukrayna məsələsində olduğu kimidir. Siyasi və praktik dəstək veririk. Bunların arasında Tbilisidə təlim mərkəzi var. Gürcüstan bizim vacib müttəfiqimizdir. Müəyyən bir tarix demirəm, amma Gürcüstanı dəstəkləmək üçün hər şeyi edəcəyik"- Stoltenberq.

Bizimlə əlaqə saxlayın