14 
Iyn
2021
16:47
261

Brüsseldə NATO Sammiti başladı

Brüsseldə 30 NATO ölkəsinin liderlərinin qatıldığı NATO Sammiti açıldı.

InterPress.ge xəbər verir ki, Sammitin açılışında İttifaqın Baş Katibi Yens Stoltenberg bildirdi ki, bu gün dünya bir çox çətinliklərlə üzləşir və heç bir ölkə bu çətinliklərin öhdəsindən gələ bilməz.

"İttifaqımız üçün çox vacib bir dövrdə- Geosiyasi rəqabət, regional qeyri-sabitlik, kiberhücumlar və iqlim dəyişikliyi dövründə görüşürük. Heç bir ölkə və ya qitə bu çətinliklərə təkbaşına cavab verə bilməz. Ancaq Avropa və Şimali Amerika tək deyil, NATO-da birlikdəyik. Burada təmsil olunan ölkələr 1 milyarda yaxın insanı və dünya iqtisadiyyatının və dünya hərbi gücünün yarısından çoxunu təmsil edən dünyanın ən güclü demokratiyalarıdır. Birlikdə olduğumuz zaman, təhlükəsizliyimizi təhdid edən hər cür təhdidin öhdəsindən gələ bilərik. Biz bu gün transatlantik münasibətlərdə yeni bir hissəyə keçirik"- Stoltenberq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər