14 
Iyn
2021
13:57
193

Natia Turnava: "Artıq sektor aşılamasına başlanıldı"

İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnavanın sözlərinə görə, Acarıstan və Batumidə turizm sektorunda çalışan insanların peyvəndlənməsi üçün əlavə kabinet açılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Turnava hökumət iclasından sonra söyləyib.

“Artıq sektor aşılamasına başlanıldı. Tələb qaldırıldı - turizm sektorunda çalışan insanların peyvəndlənməsini daha rahat etmək üçün əlavə kabinetlər açılmalıdır. Səhiyyə Nazirliyi bu tələbimizi nəzərə aldı və Acarıstan və Batumidə əlavə kabinet açıldı. İndi aktiv turizm mövsümüdür, başa düşürük ki, insanlar aşılanmaq üçün Qərbi Gürcüstandan Tbilisiyə gəlməməlidir. Aşılamağa davam etmək üçün artıq orada da imkanlar var. Aşılama könüllü bir prosesdir, turizm sektorunda çalışan insanları bu prioritet aşılama hüquqlarından istifadə etməkdə daha fəal olmağa çağırırıq. Düşük templə gedir deyə bilmərəm, normal tempdə gedir, ancaq daha yaxşısı ola bilər", - dedi nazir.

Bizimlə əlaqə saxlayın