11 
Iyn
2021
15:09
205

Litva Prezidenti Parlamentdə görüş keçirdi

Gürcüstanda rəsmi səfərdə olan Litva Prezidenti Qitanas Nauseda Parlamentdə görüş keçirib.

InterPress.ge xəbər verir ki, Litva Prezidenti qanunverici orqanda parlamentin sədri Kaxa Kuçava ilə görüşüb.

İclasda müxalifət millət vəkilləri - “Milli Hərəkat – Güc Birlikdədir” fraksiyasının sədri Xatia Dekanoidze, “Lelo - Gürcüstan üçün Tərəfdaşlıq” fraksiyasının sədri Badri Gaparidze və “Şarl Mişelin İslahatlar Qrupu” fraksiyasının üzvü Qiorqi Vaşadze iştirak edib. Parlament çoxluğunun üzvləri ilə yanaşı, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bogorişvili də görüşdə iştirak edib.

Bu gün Litva Prezidenti bütün Gürcüstanın Katolikos-Patriarxı II İlia ilə görüşəcək. Həmçinin, Litva Prezidenti Gürcüstanın birliyi uğrunda ölən qəhrəmanlar abidəsinə əklil qoyacaq.

Litva prezidenti artıq Gürcüstan Prezidenti və Baş naziri ilə görüşlər keçirib.

Bizimlə əlaqə saxlayın