10 
Iyn
2021
16:47
351

“Mimino”nun ssenari müəllifi dəfn edildi

Rəssam, teatr və kino rejissoru, yazıçı Rezo Qabriadze Mtacminda Yazıçılar və İctimai Xadimlər Panteonunda dəfn edilib.

InterPress.ge xəbər verir ki, gündüz saatlarından Rezo Qabriadzenin Ançisxati məbədində cənazə mərasimi davam edirdi.

Yazıçının ailəsinə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani, parlamentin sədri Kaxa Kuçava, Tbilisi meri Kaxa Kaladze, müxalifət partiyalarının liderləri, eləcə də sənət və vətəndaş cəmiyyəti başsağlığı diləyib.

Rəssam, teatr və kino rejissoru, yazıçı Rezo Qabriadze 6 iyun tarixində, 84 yaşında vəfat edib.

R.Qabriadze 1936-cı ildə Kutaisi şəhərində anadan olub. O, “Ne qoryuy”, “Mimino”, “Kin dza dza” da daxil olmaqla, 35-dən çox filmin ssenari müəllifi olub. 1981-ci ildə R.Qabriadze Tbilisi Marionet Teatrını yaradıb. Teatr onun adını daşıyır. O, SSRİ Dövlət mükafatçısı (1989), “Nika”, “Triumf”, “Qızıl maska” (Rusiya) mükafatlarının sahibidir, həmçinin Fransanın İncəsənət və Ədəbiyyat ordeninin kavaleri olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər