09 
Iyn
2021
22:11
887

Çerçvadze Gürcüstanda pandemiyanın bitəcəyi vaxtdan danışdı

"İlin sonu qədər Gürcüstanda pandemiyanın bitəcəyinə dair böyük ümid bəsləyirəm. Yaya nisbətən yaxşı göstəricilərlə girəcəyik".

InterPress.ge xəbər verir ki, bu barədə Yolxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, iyul ayında kovidə yoluxma hallarında azalma gözləməliyik və iyulun əvvəlində sınırsız sayda peyvəndin gələcəyinə dair qəti zəmanətlər alınıb və bu da əhalinin universal aşılanmasına keçməyə imkan verir.

"Bizdə praktik olaraq heç bir məhdudiyyət yoxdur, yalnız komendant saatı qalıb və o da faktiki olaraq bir neçə saat davam edir. Digər məhdudiyyətlərin qaldırıldığını bilirsiniz, ən sonda restoranlarda həftə sonu məhdudiyyətləri ləğv edildi. Təbii olaraq, bu şərtlərdə yaxşı epidemioloji vəziyyəti qorumaq asan deyil, iki dəfə daha çətindir. Bu səbəbdən doğrudur, ikinci dalğanın pik həddi keçdi, ancaq hələlik halların sayını kəskin şəkildə azalda bilməmişik. Bu hələ tam rahatlamağa imkan vermir, halların daha da azalması üçün, faktiki olaraq gündə 100-200 olması üçün maska taxmaq və sosial məsafəni qorumaq aktual olaraq qalır.

Gürcüstanda aşılananların sayı çox deyil, gündəlik 5000 nəfəri aşıladığımız doğrudur, bu gün 180 000-ə qədər peyvəndlənən əhalimiz var və bunlardan 40 000-dək tamamilə peyvəndlənib, bu hələ çox azdır. Düşünürəm ki, halların daha sonra çoxalmasını gözləməməliyik, iyul ayında halların azalmasını gözləməliyik. Müxtəlif istehsal peyvəndləri da daxil olmaqla iyul ayının əvvəlində sınırsız sayda peyvəndin gələcəyinə dair kəskin zəmanət aldıq və ölkə universal aşılamağa başlaya biləcək. Əgər bu gün 5000 nəfəri aşılayırıqsa, iyul ayında 15 000-dək adam aşılamalıyıq, yalnız bu şərtlər altında ilin sonuna qədər əhalimizin 65%-i aşılanmış olacaq, bunlara kovid keçirmiş şəxslər də əlavə ediləcək və ilin sonuna qədər pandemiya ilə mübarizə aparmaq üçün hər cür şəraitimiz olacaq. İlin sonuna qədər pandemiyaya son qoyacağımıza və yaya yaxşı nisbətlərlə girəcəyimizə dair böyük ümidim var", - bildirib Çerçvadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər