08 
Iyn
2021
13:03
2012

Komendant saatı nə vaxt ləğv olunacaq? - Suala nazir müavini cavab verdi

“Hələlik epidemioloji vəziyyəti izləməliyik. Əlbətdə ki, bu mövzu üzrə iş gedir. Önümüzdəki iki həftə ərzində epidemioloji mənzərənin necə inkişaf edəcəyinə baxacağıq”.

InterPress.ge xəbər verir ki, Səhiyyə nazirinin müavini Gürcüstanda gecə hərəkətinə qoyulan məhdudiyyətlərin ləğvinin müzakirə olub-olmadığı barədə suala belə cavab verib.

Onun sözlərinə görə, epidemiya ilə yanaşı aşılama tempi də qərarların qəbul edilməsində vacib olacaq.

“Aşılananların sayı artır və bu tarazlıq gecə tətbiq olunan məhdudiyyətləri aradan qaldırmaq üçün nə qədər mənbəyə sahib olacağımıza qərar verməyə imkan verir. Bu ay da diqqətli olmalıyıq. İnfeksiya sayında nə zaman sabit halların, aktiv bir azalma olacağını görməliyik”, - dedi Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın