07 
Iyn
2021
10:29
180

Latviyanın xarici işlər naziri bu gün Gürcüstana rəsmi səfər edəcək

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bu gün Gürcüstana iki günlük rəsmi səfər edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, səfər çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, Xarici İşlər Naziri Davit Zalkaliani Latviya Xarici İşlər Naziri ilə üz-üzə görüşəcək, bundan sonra iki ölkənin heyətləri arasında təşkil edilən genişləndirilmiş görüş keçiriləcək.

“Gürcüstanda olduğu müddətdə Latviya xarici işlər naziri işğal xəttinə yaxın Odzisi kəndinə gedəcək və mövcud vəziyyətlə tanış olacaq. Bundan əlavə, Edqar Rinkeviç ölkənin birliyi uğrunda şəhid olan döyüşçülərə ehtiramını bildirəcək və Qəhrəmanlar abidəsi önünə əklil qoyacaq"- məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın