Vəkil Abdullayevin valideynlər cinayətkarın cəzasını çəkməsini tələb edir - FOTO
Rusiyanın Novosibirsk vilayətində polis tərəfindən öldürülən 19 yaşlı Vəkil Abdullayevin cəsədi ata- baba yurduna Dmanisin Gəyliyən kəndinə gətirilib.
InterPress.ge xəbər verir ki, bu gün Vəkil Abdullayevin 3 mərasimidir.
Əməkdaşımızın Gəyliyən kəndindən verdiyi xəbərə görə, Vəkil Abdullayevin anası övladının qatilinin qanun çərçivəsində cəzalandırılmasını tələb edir.
Mərhumun atası Yaqub Abdullayevin verdiyi açıqlamaya görə, övladı Vəkil Abdullayevi qətlə yetirən polis ev həbsinə məhkum edilib.
Azərbaycan Respublikasının Gürcüstandakı Səlahiyyətli və Fövqəladə Səfiri Faiq Quliyev mərhumun ailəsinə baş çəkərək onların acılarını bölüşüb, baş sağlığı verib, ailəsinə və yaxınlarına səbr diləyib.
Qeyd edək ki, Vəkil Abdullayev Novosibirsk vilayətində cari ilin 28 may tarixində yol polisi tərəfindən baş nahiyəsindən odlu silahla vurulmuşdu.




