Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində görüş baş tutub
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində görüş baş tutub.
InterPress.ge xəbər verir ki, görüş Azərbaycanın Gürcüstandaki Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev tərəfindən təşkil olunmuşdu.
Səfirlikdə keçirilən görüşdə Gürcüstan Patriarxlığının nümayəndələri Bütün Gürcüstan Katalikos- Patriarxının xorepiskopu, mitropolit Teodor, Patriarxlığın Xarici əlaqələr şöbəsinin rəhbəri, mitropolit Gerasim və Tbilisi Ruhani Akademiyasının rektoru, protopresviter Qiorqi iştirak edirdi.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev də iştirak edirdi.
Görüş zamanı Gürcüstan Patriarxlığının nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələlər müzakirə edilib.
Həmçinin, söhbət əsnasında xalqlarımız arasında tarixən formalaşmış mehriban qonşuluq, qardaşlıq münasibətləri xüsusi vurğulanmış, Gürcüstan Patriarxlığının nümayəndə heyətinin Azərbaycana planlaşdırılan səfərinin bu münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi olması qeyd edilib.


