04 
Iyn
2021
21:50
452

Çerçvadze: "Maskalar ən böyük başağrımız olaraq qalır, əhali maska istifadə etmək əhval-ruhiyyəsində deyil"

"Maskalar ən böyük başağrımız olaraq qalır, bundan qaça bilmədik, bunun üçün pis bir perspektivimiz var, əhali maska istifadə etmək əhval-ruhiyyəsində deyil".

InterPress.ge xəbər verir ki, bu barədə İnfeksion Xəstəliklər və QİÇS Mərkəzinin direktoru Tenqiz Çerçvadze bildirib.

Onun sözlərinə görə, Gürcüstanda maskadan istifadə faizi kifayət qədər yüksək deyil.

"Yüzdə 40 idi, indi yüzdə 60-a yüksəldi, aşılananların sayının üçdə iki olduğu Avropa ölkələrində belə yüzdə 90-95-dir. Yalnız İsrail qaldırdı, o da açıq məkanda. Gürcüstan üçün maska taxmaq kovid sahəsində ən ciddi problem olaraq qalacaq. Bütün digər problemlər ya həll olunur - xəstələrin müalicəsi və baxımını nəzərdə tuturam, ya da həll olunacaq - peyvəndləməyi nəzərdə tuturam. Hər kəs maska taxmaq barəsində bizə kömək etməlidir", - Tenqiz Çerçvadze söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər