Tenqiz Çerçvadze: "İlin sonunda praktiki olaraq pandemiya olmayacaq, Gürcüstan normal həyata qayıdacaq"
"İlin sonunda praktiki olaraq pandemiya olmayacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının baş direktoru Tenqiz Çerçvadze deyib.
Çerçvadzenin izah etdiyinə görə, yalnız bir neçə hal olacaq və Gürcüstan normal həyata qayıdacaq.
Eyni zamanda, Çerçvadzenin dediyinə görə, ölkə çox sayda peyvənd alacaq və əhalinin seçim etmək üçün böyük fürsəti olacaq.
"Heç bir məhdudiyyət olmayacaq, fasiləsiz aşı tədarükümüz olacaq, məhdudiyyətsiz əlaçatım və böyük seçim imkanımız olacaq. Çox miqdarda Pfizer peyvəndinin gətirilməsi planlaşdırılır, hardasa bir milyon və ya 700 000 dozaya qədər, bu 12 yaşdan yuxarı şəxsləri də aşılamağımıza imkan verəcək, çünki hələlik yalnızca Pfizer 18 yaşdan aşağı əhalinin aşılanması üçün icazəyə sahibdir.
Praktiki olaraq ilin sonunda pandemiya olmayacaq, keçən yazdakı, yaydakı və ya ikinci dalğa sonrası fevral-mart aylarındakı kimi yalnız bir neçə hal olacaq, az yoluxma halları olacaq, bu 100% peyvəndləmə keçirmiş ölkələrdə də olacaq, klinik sektor bunu o qədər uğurla həll edəcək ki, praktiki olaraq əhali bunu hiss etməyəcək, normal həyata qayıdacaqlar, iqtisadiyyat açıq olacaq, iqtisadi böyümə artıq qeydə alındı, görünməmiş böyümə - may ayında 44% artım var və daha da çox olacaq, yəni ilin sonunda Gürcüstan normal həyata qayıdacaq", - Çerçvadze dedi.


