04 
Iyn
2021
16:17
286

Tamar Qabunia: "Yaxın gələcəkdə Pfizerin bir milyondan çox dozasının gətiriləcəyi tarixi bildirəcəyik"

"Son vaxtlar gündə 5000-ə qədər insanın aşılanması yaxşıdır, ancaq ilin sonuna qədər əhalinin 60%-ni aşılamaq üçün gündə 20 000- 25 000 nəfər aşılamalıyıq".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia qeyd edib.

Onun sözlərinə görə, aşılama prosesi aktiv şəkildə davam edir.Qabunianın qeyd etdiyinə görə, peyvənd tədarükü meyli ilə bağlı ümidverici bir mənzərə var.

"Müxtəlif tədarükçülərlə müqaviləmiz var, bu da ümumilikdə 3.7 milyon dozanı əhatə edir. Bu yetkin əhalinin 60%-ni aşılamaq üçün lazımdır. Artıq yetkinlik yaşına çatmış şəxslərin peyvənlənməsi üzrə də işə başlamışıq və aşılamanı yetkin əhalidə nə qədər genişləndirə biləcəyimizi düşünməliyik" - dedi Tamar Qabunia.

Səhiyyə nazirinin müavinin sözlərinə görə, "Pfizer" ilə danışıqların birinci mərhələsi başa çatıb.

“İkinci mərhələ üzərində işləyirik və tezliklə konkret detalları ictimaiyyətə təqdim etmək fürsəti əldə edəcəyik. "Pfizer"in bir milyondan çox dozasının gələcəyi tarixi bildirəcəyik. Həmçinin "Sinopharm", "Sinovac" ilə də əlavə dozaların səfərbər edilməsi haqda və "Kovacs" platformasından - "Johnson & Johnson" və "Novovax" ilə də danışıqlar aparılır. "Kovacs" platformasının bildirdiyinə görə, sentyabr ayından etibarən "Novovax" gətiriləcək. Bu, kifayət qədər çox sayda peyvənddir, bunun idarə edilməsi üçün əlavə tibb müəssisələrinin səfərbər edilməsi və proqrama cəlb edilməsi məsələsi nəzərdən keçirilir", - dedi Tamar Qabunia.

Aşılama prosesinə gəldikdə, Qabunianın dediyinə görə, aşılama proqramına cəlb ediləcək müəssisələr tədricən artırılacaq.

“Aşılama proqramında iştirak edən qurumlar, xüsusən də Tbilisidə tələbatı tam ödəmək üçün kifayət deyil. Bu gün "Sinovac"ın dozaları Tbilisidə kifayət qədərdir, lakin bəzi hallarda müvafiq yerlər olmadığı üçün qeydiyyatdan keçmək, növbəyə yazılmaq olmur. Bu səbəbdən bu qurumlar tədricən artırılacaq", - dedi Qabunia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər