03 
Iyn
2021
22:11
538

Nazir: "Bütün Gürcüstanı və ilk növbədə ölkənin turizm sənayesini təbrik etmək istəyirəm"

"Bütün Gürcüstanı və ilk növbədə ölkənin turizm sənayesini indiki nailiyyəti münasibətilə təbrik etmək istəyirəm. Bu gün Gürcüstan BMT-nin Dünya Turizm Təşkilatının İcra Heyətinin üzvü seçildi".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava açıqlama verib.

Nazir seçkilərdə Gürcüstanın namizədliyini dəstəkləyən dövlətlərin hökumətlərinə təşəkkür edib.

“Qlobal turizm sənayesinin üzləşdiyi yeni çətinliklər zamanı Gürcüstanın dünya turizm sənayesinin problemlərinin həllində iştirak etmək imkanı var.

Gürcüstanın alacağı faydalara gəldikdə, Gürcüstan haqqında məlumat almaq və onun məlumatlılığını artırmaq, eyni zamanda ölkəmizi daha cəlbedici, unikal və təhlükəsiz turizm mühitinə çevirməkdir", - deyə nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər