03 
Iyn
2021
16:00
461

Parlamentdə yeni müxalif fraksiya yaradıldı

Parlamentdə "Şarl Mişelin islahatları" adlı yeni müxalifət fraksiyası yaradıldı.

InterPress.ge xəbər verir ki, 7 üzvdən ibarət fraksiyaya millət vəkilləri- Xatuna Samnidze, Qiorqi Vaşadze, Paata Mancğaladze, Tariel Nakaidze, Teona Akubardia, Zura Gaparidze və Qriqol Vaşadze daxildir.

Fraksiyaya Xatuna Samnidze rəhbərlik edəcək, müavin isə Paata Mancğaladze olacaq.

"Şarl Mişelin islahatları qrupu" nun sədri Xatuna Samnidzenin sözlərinə görə, ittifaqın əsas təməli fraksiya üzvlərinin hər biri tərəfindən imzalanan Şarl Mişelin Saziş Müqaviləsidir.

Samnidzenin qeyd etdiyinə görə, fraksiyanın yeganə məqsədi razılaşma sənədinin müddəalarını həyata keçirmək olmayacaq.

"Bu gün parlamentdə müstəqil və deputatlardan ibarət olan bir qrup yaratdıq. Parlamentdə birləşmək və birlikdə işləmək üçün əsas zəminimiz, hər birimizin imzaladığımız, hər şeyi etmək və bütün fürstələrdən istifadə etmək üçün tərəf və fərdi məsuliyyəti üzərimizə götürdüyümüz Şarl Mişelin Saziş Müqaviləsidir. Ancaq təbii ki, məqsədimiz yalnız bu maddələr olmayacaq. Bu fraksiyaya 3 siyasi partiya daxildir: "Ağmaşenebeli Strategiyası", "Qirçi- daha çox Azadlıq", "Respublikaçılar Partiyası" və müstəqil millət vəkilləri: Qriqol Vaşadze və Tariel Nakaidze. Biz fərdi fəaliyyət sahəmizə sahib olacağıq, amma islahatlar aparmaq üçün həmkarlarımızla birləşəcəyik"- dedi Samnidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər