03 
Iyn
2021
13:48
386

Xatia Dekanoidze: "Ukrayna və Gürcüstanın elan edilmiş gələcəyi Avroatlantik inteqrasiyadır"

"Gürcüstan və Ukrayna arasında strateji tərəfdaşlıq çox vacibdir. Bütün bu müddətdə, Gürcüstan hökumətinin Gürcüstan-Ukrayna münasibətlərini daxili bir siyasi qarışıqlığa çevirdiyinə baxmayraq, Ukrayna dövləti ilə strateji tərəfdaşlığın dərinləşdirilməsini hələ də vacib hesab edirəm".

InterPress.ge xəbər verir ki, Milli Hərəkatın üzvü Xatia Dekanoidze Ukrayna Baş nazirinin Gürcüstana səfərinə belə münasibət bildirib.

"Bütün bu dövrdə bizi bir-birimizdən uzaqlaşdıran bir çox məsələ var idi, bu, Gürcüstan hökumətinin səyləri ilə baş tutdu, ancaq Ukrayna və Gürcüstanın elan edilmiş gələcəyindən birinin Avroatlantik bölgəyə inteqrasiya olduğunu unutmamalıyıq. Bundan əlavə, Ukrayna hazırda Rusiyaya qarşı açıq müharibələrin aparıldığı bir dövlətdir və Ukraynanın işğalı ilə yanaşı Gürcüstanın işğalı məsələsinin daima gündəmdə olmasını unutmamaq çox vacibdir", - dedi Dekanoidze.

Xatırladaq ki, Ukraynanın Baş naziri Denis Şmiqal Gürcüstanda rəsmi səfərdədir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər