14 
Apr
2020
15:13
3037

Marneulidə koronavirusla bağlı son vəziyyət açıqlandı

“Son 24 saat ərzində Marneuli bələdiyyəsində koronavirusa yeni yoluxma halı qeydə alınmayıb”.

InterPress.ge xəbər verir ki, bunu Marneulinin icra başçısı Zaur Darğallı bildirib.

O deyib ki, bir neçə gün öncə rayonun Maradisi kəndində altı nəfərdə virus təsdiqlənib: “Koronavirusun aşkarlandığı şəxslər dərhal müəyyən olunub və onlar özünütəcrid rejimindədirlər. Maradisi kəndində sakinlərin termoskriniq metodu ilə hərarətinin ölçülməsi prosesi davam etdirilir”.

Z.Darğallı Marneulidə fövqəladə rejimin sakit davam etdiyini bildirib. O qeyd edib ki, rayona ərzaq məhsulları və medikamentlər heç bir gecikmə olmadan çatdırılır.

Qeyd edək ki, bu günə qədər Kvemo Kartli bölgəsində koronavirusa 32 yoluxma halı qeydə alınıb. Halların 14-ü Marneuli, 10-u Bolnisi, 8-i isə Rustavidə aşkarlanıb.(report)

Bizimlə əlaqə saxlayın