03 
Iyn
2021
11:56
501

Mehriban Əliyevaya həsr olunmuş kitab gürcü dilinə tərcümə olundu

Tbilisidə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş gürcü dilində kitab çap olunub.

InterPress.ge xəbər verir ki, nəşrin təqdimatı Gürcüstan Yazıçılar Evində baş tutub.

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin müəllifi olduğu kitabı gürcü dilinə yazıçı və dramaturq İmir Məmmədli tərcümə edib.

Nəşrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfirinin müxtəlif sahələrdə həyata keçirdiyi xeyriyyəçilik fəaliyyətləri, yüksək mükafatlar alması, beynəlxalq tədbirlərdə və çıxışlarında iştirak etməsi barədə ətraflı məlumat verilib. Kitabda eləcə də Mehriban Əliyevanın xarici mətbuatda verdiyi müsahibələr də yer alıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında iki ölkə arasındakı münasibətlərin bütün sahələrdə olduğu kimi humanitar sahədə də uğurla inkişaf etdiyini qeyd etdi. Diplomat Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda həyata keçirilən sosial və humanitar layihələrdən danışıb.

Gürcüstan-Azərbaycan Mədəni Əlaqələrin İnkişafı Fondunun təşkil etdiyi təqdimatda Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti - Roin Metreveli, Azərbaycanın Gürcüstandakı səfiri - Faiq Quliyev, SOCAR Energy Georgia-nın baş direktoru - Mahir Məmmədov və digər dəvət olunmuş qonaqlar iştirak edirdi.

Bizimlə əlaqə saxlayın