02 
Iyn
2021
10:23
292

ABŞ senatorları Gürcüstana gələcəklər

ABŞ senatorları Gürcüstana gələcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ səfirliyindən məlumat verilib.

Səfirlikdən verilən məlumata görə, konqres nümayəndə heyəti ABŞ-ın Gürcüstan demokratiyasının gücləndirilməsində Gürcüstan xalqına dəstək verməsi barədə ikitərəfli mesaj göndərmək üçün səfər edəcək.

Xarici İşlər Naziri David Zalkalianinin sözlərinə görə, senatorlar Gin Şahin və Rob Portmanın Gürcüstana səfəri ABŞ-ın yeni rəhbərliyi ilə əlaqələri gücləndirmək üçün yaxşı bir fürsət olacaq.

"2-4 iyun tarixlərində ABŞ Senatının nümayəndə heyəti Gürcüstana səfər edəcək. Senatorlar Gin Şahin və Rob Portman bu nümayəndə heyətinin tərkibində olacaqlar. Gürcüstana səfərlərindən əvvəl Ukraynaya səfər edəcəklər. Bu, Amerika Birləşmiş Ştatları Senatının gündəmində ölkəmizin xüsusi əhəmiyyətini vurğulayır. Senatorların Gürcüstana gəlməsindən xeyli vaxt keçib və şadam ki, tezliklə, bir neçə günə vəfalı dostlarımız senatorlar Gürcüstana gələcəklər. Bu zaman baxımından, bölgədəki mövcud geosiyasi prosesləri qiymətləndirmək baxımından, eyni zamanda ABŞ-ın yeni rəhbərliyi ilə əlaqələrin möhkəmləndirilməsi baxımından çox yaxşı bir fürsət olacaq. Düşünürəm ki, bu çox yaxşı və faydalı bir ziyarət olacaq", - deyə Zalkaliani bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər