Parlamentdə qarşıdurma yaşandı
Gürcüstan Parlamentində 2 müxalifət partiyanın üzvü arasında qarşıdurma yaşanıb.
InterPress.ge xəbər verir ki, 2 siyasi nümayəndə arasında mübahisə onların büro iclasından çıxdıqdan sonra başlayıb.
Məlumata görə, "Ağmaşenebeli Strategiyası" nın lideri Qiorqi Vaşadze və "Vətəndaşlar" partiyasının deputatı, vitse- spiker Levan İoseliani arasında mübahisə yaranıb.
Mübahisə zamanı Vaşadze İoselianiyi "tərbiyyəsiz" adlandırıb.
"Düzgün danış, səsini yüksəltmə, küçə də deyil Parlamentdəsən"- Vaşadze İoselianiyə deyib.
Büro iclasının bugünkü iclasında millət vəkillərinə "Ağmaşenebeli Strategiyası" nın pensiya faizlərinin endirilməsini nəzərdə tutan təşəbbüsü təqdim edildi.
Vaşadze mübahisələrin qanun layihəsi ilə əlaqəli olub-olmadığı sualına "Xeyr" dedi, ancaq mübahisənin səbəbini açıqlamadı.


