13 
Apr
2020
17:33
2284

Gürcüstan bu ölkələrdən uçuş reysləri planlayıb - Uçuş tarixləri açıqlandı

Gürcüstan hökuməti xarici ölkələrdən vətəndaşlarını təxliyə etməyə davam edir.

InterPress.ge-nin məlumatına görə, artıq uçuşların vaxtı və biletin qiyməti təyin olunub.

Uçuşlar Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə yerinə yetiriləcək. Aşağda göstərilən şəhərlərdən aprel ayına təyin olunan uçuşlar açıqlanıb.

  • 16 aprel Paris-Tiflis aviareysi
  • 18 aprel - Təl-Əviv-Tbilisi
  • 21 aprel - Roma-Tbilisi
  • 24 aprel Tbilisi-Barselona-Tbilisi
  • 27 aprel Tbilisi-Varşava-Tbilisi

Bununla yanaşı Gürcüstan hökuməti vətəndaşlarının vətənlərinə qayıtması üçün Avropa ölkələrindən əlavə iki xüsusi reys təyin edib.

  • Aprelin 30-da Tbilisi-Madrid-Tbilisi
  • 2 mayda isə Tiflis-Praqa-Tbilisi

Biletlər yola düşmədən iki gün əvvəl satışa çıxarılacaq və qiyməti 199 avrodan çox olmayacaq. Biletləri şirkətin veb saytından əldə etmək mümkündür.

Uçuşlar Gürcüstan hava yolları Georgia Airways tərəfindən yerinə yetiriləcək.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Çin, İtaliya, İran, Polşa, Bolqarıstan, Almaniya, Yunanıstan, Belarus, Hollandiya, Misir, Azərbaycan və Ermənistandan olan 5,5 mindən çox Gürcüstan vətəndaşı artıq vətənlərinə gətirilib.

Bizimlə əlaqə saxlayın