İmnadze əhaliyə müraciət etdi
"Ölkədəki mövcud epidemiya vəziyyəti sakitləşməyə əsas vermir".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini Paata İmnadze deyib.
İmnadzenin jurnalistlərə verdiyi məlumata görə, ölkəmizdə gündə 1000 koronavirus infeksiyası halı çoxdur.
"Epidemiya vəziyyəti yaxşılaşır, amma istədiyimiz qədər sürətli deyil.
Hallar həftəlik azalır, pik həddən sonrakı ilk həftədə 1500 idi, sonrakı həftə isə daha az idi. Bu hələlik sakitləşməyimiz üçün əsas vermir, ölkədə mövcud olan gündəlik təxminən 1000 hal, ölkəmiz üçün çoxdur", - dedi Paata İmnadze.
Koronavirusun yayın gəlməsiylə birlikdə zəifləyəcəyini gözləyib gözləmədikləri barədə suala İmnadze əlavə edib: "Gəlin virusa ümid etməyək, özümüzə ümid edək, mövcud qaydalara riayət edək".


