11 
Apr
2020
19:03
1085

Gürcüstan hökuməti 5300 vətəndaşını xaricdən vətənə qaytarıb

Gürcüstan hakimiyyəti yeni koronavirus COVID-19 pandemiyasına görə xaricdə qalan 5.3 min vətəndaşmızı vətənlərinə qaytarıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Gürcüstanın diplomatik nümayəndəlikləri də təxminən 3,6 min Gürcüstan vətəndaşına yardım göstərib. Onları mənzil, nəqliyyat, ərzaq, dərman və digər zəruri ehtiyaclarla təmin edib.

Ən son məlumatlara görə, ölkəyə hava yolu ilə 3,3 min, quru ilə 1.8 min, dənizdən isə 275 nəfər qayıdıb.

Aprel ayında Gürcüstana Berlin, Amsterdam, Varşava, Barselona, Roma, Təl-Əviv və Parisdən xüsusi uçuşlar gözlənilir.

Bundan əlavə, Gürcüstan ABŞ hökumətinin dəstəyi ilə ABŞ-da təhsili alan uşaqları xüsusi reyslə vətənlərinə qaytardı.

Qeyd edək ki, ən çox, İtaliya, Polşa, Ermənistan, Türkiyə, Yunanıstan və İngiltərədəki Gürcüstan vətəndaşları kömək üçün diplomatik nümayəndəliklərə müraciət edirlər. Ən kiçik hallar ABŞ, Baltikyanı ölkələr, Kanada, Moldova, Norveç, Avstraliya və Argentinada qeydə alınıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər