22 
May
2021
21:27
805

Tina Bokuçava: "Özünə hörməti olmayan cənab Ğaribaşvili, "utanmaq" sözündən bəhs edərkən güzgüyə baxsın"

"Vəzifədən azad edildiyini və təyin edildiyini bilmədiyinə görə, özünə hörməti olmayan cənab Ğaribaşvili, "utanmaq" sözündən bəhs edərkən güzgüyə baxsın".

InterPress ge xəbər verir ki, "Milli Hərəkat"ın sədri Tina Bokuçava, Baş nazirin "Nika Melia və "Milli Hərəkat" parlamentə daxil olmaq istəyir, ancaq utanırlar" şərhinə belə münasibət bildirib.

Tina Bokuçavanın sözlərinə görə, onun üçün "bu adamın qiymətləndirmələrinə şərh bildirmək" maraqlı deyil.

"Əlbətdə ki, əsas müxalifət partiyası liderlərinin parlamentdə olması "Gürcü Arzusu"nun marağında deyil, çünki biz çox ciddi bir qüvvəyik. Əlbətdə ki, onlar parlamentin içərisi də daxil olmaqla bizim səsimizi eşitdirmək istəmirlər, ancaq ümid edirəm ki, partiyamız son qərarı ölkəmizin maraqlarına əsaslanaraq verəcək", - dedi Bokuçava.

Məlumat üçün bildirək ki, İrakli Ğaribaşvili bildirib ki, Nika Melia və "Milli Hərəkat" parlamenə daxil olmaq istəyir, ancaq utanırlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər