21 
May
2021
13:41
3826

Dmanisidə dəhşətli hadisə - Beş yaşlı uşağa təcavüz edilib

Bolnisi Rayon Məhkəməsi, prokurorluğun təqdim etdiyi dəlillərlə tam şəkildə razılaşıb və S.A.-nı 14 yaşına çatmayan şəxsə qarşı cinsi hərəkətlər etdiyinə görə təqsirli bilib.

InterPress.ge xəbər verir ki, Gürcüstan Prokurorluğu bu barədə məlumat yayır.

Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində, prokurorluq tərəfindən məhkəmədə araşdırılan dəlillərlə müəyyən olub ki, Dmanisi rayonunun Mamulo kəndində S.A. həyata keçirilmiş hərəkətin mənasını bilməyən 5 yaşlı L.A.-nın yaş azlığından istifadə edərək digər növ cinsi xarakterli hərəkət həyat keçirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları S.A.-nı 9 yanvar 2021-ci ildə saxlayıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 138-ci maddəsinin 4-cü hissəsinin A bəndinə əsasən həbs qətimkan tədbiri seçilib və həbs cəzasına məhkum edilib.

Yetkinlik yaşına çatmayan zərərçəkənin məhkəmə prosesində iştirakı nəticəsində mümkün zərərin qarşısını almaq naminə istintaq və prosessual tədbirlər, yetkinlik yaşına çatmayan şəxsin maraqları nəzərə alınaraq planlaşdırılıb.

Bolnisi Rayon Məhkəməsi S.A.-nı qeyd olunan üzrə tamamilə təqsirli bilib və 15 il həbs cəzasına məhkum edib.

Gürcüstan Prokurorluğu gələcəkdə də davam edəcək bu kimi hallarla bağlı ciddi cinayət siyasəti aparır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər