11 
Apr
2020
09:30
3477

Nəyə görə Marneuli və Bolnisi sərt karantin zonası elan edildi? Professordan AÇIQLAMA

"Yoluxmuş xəstənin təmaslarını bilməməyimizə baxmayaraq, bu düzgün və ani hərəkətlər, bütün Marneuli və Bolnisinin müayinəsi nəticəsində cəmi 20 xəstəni müəyyənləşdirməyə imkan verdi. Bir gün sonra təcili tədbirlər görsəydik, orada yüzlərlə hadisə olardı".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze Post tv-yə açıqlamasında bildirib.

“Marneuli və Bolnisidə görülən tədbirlər bizə dərhal nəticələr verdi. Marneulidə yoluxmuş bir xəstə, infeksiyanın kimdən kecdiyni aydınlaşdıra bilmədik. Buna görə müvafiq xidmətlər bu xəstənin izi ilə gedəcək və hər kəs bu istiqamətdə yoxlayacaq. Birmənalı şəkildə deyə bilərəm ki, Marneulidə biz gözlədiyimiz yoluxma olmadı. Bundan əlavə, Marneuli digər rayonlara da nümunə göstərdi, bu bir növ pilot layihə idi. Yoluxmuş xəstənin təmaslarını bilməməyimizə baxmayaraq, bu düzgün və ani hərəkətlər, bütün Marneuli və Bolnisinin müayinəsi nəticəsində cəmi 20 xəstəni müəyyənləşdirməyə imkan verdi. Əgər 1 gün sonra bu tədbirləri gec görsəydik, Marneulidə yüzlərlə xeste olardi. Bu yüzlərlə xeste digərlerne xestelik yoluxduraraq minlərlə xeste olacaqdi. 2-3 gün geciksəydik, idarə olunmayan bir proses əldə edərdik. Biz daha ağıllı davranmalı və digər iqtisadi cəhətdən güclü ölkələrdə yol verilən səhvlərə yol verməməliyik ", - dedi Tengiz Tsertsvadze.

Bizimlə əlaqə saxlayın