21 
May
2021
12:44
870

Avtomobillərin gömrük rəsmiləşdirmə müddəti bu tarixdə başa çatır

Avtomobillərin gömrük rəsmiləşdirilməsi tarixi 31 mayda başa çatacaq.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayır.

Gürcüstan Hökumətinin qərarına əsasən, avtomobil idxalını asanlaşdırmaq üçün avtomobillərin gömrük rəsmiləşdirmə müddəti bir dəfə də artırılıb. Gürcüstan Maliyyə nazirinin 27 avqust 2019-cu il tarixli 254 nömrəli əmrində dəyişiklik edildi, ona əsasən 1 oktyabr 2019-cu il tarixindən 1 may 2020-ci il tarixinədək Gürcüstanın gömrük ərazisinə idxal olunan nəqliyyat vasitələrinin sahiblərinin gömrük rəsmiləşdirmə müddəti, 1 mart 2021-ci il əvəzinə, 2021-ci ilin 31 mayına qədər uzadılıb.

Bu, bu nəqliyyat vasitəsinin təkrar ixracdan sonra gömrük keçid məntəqəsinə aparılma müddətinin pozulduğu hallara şamil edilmir.

Bu güzəşt təxminən 19.000 nəqliyyat vasitəsinə şamil olunur.

31 may tarixinə qədər nəqliyyat vasitəsinin sahibi həmçinin Gürcüstanın Vergi Məcəlləsi ilə müəyyən edilmiş faizlərdən azad olacaq.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti avtomobil idxalçılarını qanunla müəyyən edilmiş gömrük rəsmiləşdirmə prosedurlarına və son tarixlərə əməl etməyə çağırır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər