Baş nazir 12-ci sinifləri təbrik etdi
"Bu gün Gürcüstan məktəblərində son zəng çalınacaq. Məzuniyyət münasibətilə hamınızı təbrik edir, səmimi qəlblə həyat yolunda yeni addımlar atmaqda uğurlar diləyirəm” .
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Facebook səhifəsində yazıb.
Baş nazir qeyd edib ki, hökumət öz növbəsində gənclərə dinc, xoşbəxt bir həyat və inkişaf üçün bütün imkanları təmin edəcək.
İrakli Ğaribaşvili müəllimlərə verdikləri əməyə görə təşəkkür edib.
“Əminəm ki, gələcəkdə bütün enerjinizi öyrənməyə və inkişafa sərf edəcəksiniz, öz bilik və peşəkarlığınızla müxtəlif sahədən vətənə sədaqətlə xidmət edəcək, ölkəmizin gələcəyinin qayğısına daha yaxşı qalacaqsınız. Dövlət də öz növbəsində sizə dinc, xoşbəxt bir həyat və inkişaf üçün bütün imkanları təmin edəcək. Bütün müəllimlərə verdiyi əməyə görə təşəkkür edirəm. Hamını bir daha təbrik edirəm! Sizinlə fəxr edirik və böyük qələbələr, uğurlar və gələcəkdə tərəqqi arzulayırıq” , - Baş nazirin açıqlamasında qeyd olunub.


