20 
May
2021
10:20
329

Təhsil Naziri 12-ci sinif şagirdlərini təbrik etdi

Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli məzun olan şagirdləri məzuniyyət münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

InterPress.ge xəbər verir ki, Təhsil Nazirliyi bu barədə məlumat yayır.

"Əziz gənclər, həyatınızdakı son dərəcə əhəmiyyətli dövrlədən biri başa çatdı, yeni bilik və dost qazanmağın 12 ili. Bu gün məktəb binasını tərk edib həyatın yeni bir mərhələsinə qədəm qoyacaqsınız.

Xüsusi gənclər olduğunuzu qeyd etməsəm olmaz. Pandemiya hamımızın həyatımızı kəskin şəkildə dəyişdirəndə, gözlənilməz çətinliklərin öhdəsindən gəldiniz və təhsilinizi uğurla başa vurdunuz. Bu böyük təcrübə mütləq gələcəyinizə müsbət təsir göstərəcək və əminəm ki, həyat yolunuzda hər çətinliyi bir fürsətə çevirəcəksiniz.

Təhsilin gələcəyinizin təməli və cəmiyyətin düzgün istiqamətdə inkişafı üçün ən vacib şərtlərdən biri olduğunu hər zaman xatırlamağınızı istəyirəm. Bunu unutmayın, çünki sabahdan etibarən qarşınızda çox maraqlı perspektivlər açılır, həyat sizə yeni imkanlar təklif edir, gələcəkdə sizi yeni münasibətlər, dostlar və öhdəliklər gözləyir.

Səmimi qəlbdən sizə bu yeni həyat mərhələsində uğurlar arzulayıram. Əminəm ki, bilik əldə etmək və onu dərinləşdirmək istəyi heç vaxt tükənməyəcək.

Bir daha sizə xoşbəxt və maraqlı həyat arzulayıram. Ölkəmizin gələcəyinin yaradıcıları olduğunuzu unutmayın. Sizə ümid bəsləyirik!", - qeyd edib Çxenkeli.

Bizimlə əlaqə saxlayın