Tamar Qabunia məhdudiyyətlərdən danışdı
"Mart ayında koronavirusa qarşı peyvəndləməyə başladığımızdan bəri peyvəndə olan marağın əhəmiyyətli dərəcədə artdığı ortaya çıxdı. Bu mərhələdə 80 000- ə qədər vətəndaş aşılanıb".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia qeyd edib.
Onun sözlərinə görə, artan marağa baxmayaraq peyvəndləmə prosesi qalan məhdudiyyətlərin tamamilə qaldırılacağı miqyasda deyil.
"Hələlik peyvəndləmə o qədər də geniş deyil ki, biz ona ümid edib məhdudiyyətləri yumşaldaq. Bununla birlikdə, maska taxma nisbətinin yaxşılaşdırılmasının ümidverici olması, eyni zamanda yay fəslində əhalinin açıq havada daha çox vaxt keçirməsinə, bizə qalan dövrü təhlükəsiz keçirmək imkanı verdi. Bu qış olsaydı, gecə hərəkətinin vaxtını dəyişə bilməzdik"- Qabunia.


