Nazirlik açıqlama verdi - Son zəng bu qaydada keçirilə bilər
Ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq məktəblərdə "Son zəng" tədbiri Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyindən məlumat verilib.
Məlumata görə, Nazirlik artıq müvafiq tövsiyələri ümumi təhsil müəssisələrinə göndərib.
Tövsiyələrə görə, "Son Zəng" tədbiri, yalnız 12-ci sinif şagirdləri və məktəb müəllimlərinin iştirakı ilə, məktəb binasında, kənar şəxslərin iştirakı olmadan təşkil edilə bilər.
Onların sözlərinə görə, məktəbin fürsəti varsa, şagirdlərlə açıq havada vida tədbiri keçirmək arzu edilir. İctimai yerə toplanarkən, bütün insanlar maska taxmaq və lazımi məsafəni qorumaq məcburiyyətindədirlər.
Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq Koordinasiya Şurası pandemiya dövründə qrup tədbirləri, ekskursiyalar və şənliklər, ziyafətlərin keçirilməsini nəzərdən keçirib və uyğun saymayıb.


