17 
May
2021
23:11
2880

DİN rəhbəri Dmanisidə münaqişə zamanı saxlanılanlar haqda açıqlama verdi

Dmanisidəki qarşıdurma ilə əlaqədar hələ heç kim həbs olunmayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Vaxtanq Qomelauri açıqlama verib

Qomelaurinin qeyd etdiyinə görə, saxlanılanlar hal - hazırda sorğudadırlar, onlar daha sonra sərbəst buraxılacaqlar. Lakin nazir gələcəkdə həbsləri istisna etmir.

“Heç kim həbs olunmayacaq, aksiya iştirakçıları dindirilir. Onları dindirilmədən sonra sərbəst buraxacağıq, istintaq başladı və davam edir, gələcəkdə neçə nəfərin tutulacağını hələ bilmirik. Bu gün heç kim tutulmayacaq, dindiriləcəklər və sərbəst buraxılacaqlar. Hadisəni araşdıracağıq.

Baş verən hadisəyə gəldikdə, polis 5-6 əraziyə səfərbər olmuşdular. Qarşıdurmaya insanlar Tbilisi, Rustavi və müxtəlif şəhərlərdən gəlmişdilər.

Qarşıdurmada jurnalistlər xəsarət alıblar. Buna görə, böyük istintaq başladıldı"- Vaxtanq Qomelauri.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər