17 
May
2021
18:15
1070

Dmanisinin girişində vəziyyət gərginləşdi

Dmanisidə vəziyyət yenidən gərginləşib.

InterPress.ge xəbər verir ki, şəhərin girişinə toplaşan bir qrup vətəndaş şəhərə girmək istəyib, lakin baş tutan qarşıdurmadan sonra şəhərə girişlər bağlanılıb.

Polisin müqavimətindən sonra etiraz fiziki qarşıdurmaya çevrilib. Vətəndaşlar polisin kordonunu pozub və Dmanisinin mərkəzinə tərəf yönəlib.

Bu gün yerli sakinlər arasında baş verən qarşıdurmadan sonra Daxili İşlər Naziri Vaxtanq Qomelauri və müavini, habelə DTX-nin rəhbəri Qriqol Liluaşvili və millət vəkili Sozar Subari Dmanisiyə gəlib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər