Amiran Qamğrelidze: "Hələlik məhdudiyyətlərin tam yüngülləşdirilməsi yolverilməzdir"
Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze, Koordinasiya Şurasının nəyin əsasında ölkədəki bəzi məhdudiyyətləri azaltmaq üçün qərar verdiyini izah edib.
InterPress.ge xəbər verir ki, Qamğrelidze bu barədə Koordinasiya Şurasının iclasından sona açıqlama verib.
Onun dediyinə görə, epidemioloji vəziyyətlə yanaşı, əhalinin əhval-ruhiyyəsini də nəzərə almaq vacibdir. Bu səbəbdən Qamğrelidze, məhdudiyyətlərin qismən azalması baxımından qızıl bir orta yol tapdıqlarına inanır.
"Müəyyən yüngülləşdirmələri bir neçə faktorla əlaqələndiririk. Əldə etdiyimiz məlumatlara və Sağlamlıq Ölçmələri İnstitutunun proqnozuna görə, indi pik həddi keçirik. Müəyyən dərəcədə aşağıya doğru irəliləyirik. İkincisi, ictimaiyyətdə gecə karantini ilə əlaqədar narahatlıq var, xüsusilə may ayında, ciddi istiləşmə vaxtında. Buna görə burada qızıl bir orta yol axtarılmalı idi. Hələlik epidemiya vəziyyəti ciddi şəkildə sakitləşənə qədər tamamilə yüngülləşdirmə yolverilməzdir, digər tərəfdən əhalinin əhval-ruhiyyəsinin nəzərə alınması vacibdir. Buna görə hərəkət məhdudiyyətinin müddətini azaldaraq qızıl bir orta yol tapıldı. Habelə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin qaydaların icrasına nəzarətin gücləndirilməsi tövsiyəsi idi. Həmişə danışdığımız tövsiyələr üzərində də monitorinqi gücləndirilməlidir”, - dedi Amiran Qamğrelidze.


