17 
May
2021
15:18
2076

Daxili İşlər Naziri Dmanisiyə getdi və hadisə ilə bağlı açıqlama verdi

Daxili İşlər Naziri Dmanisidə baş verən insidentlə bağlı Dmanisiyə səfər edib.

InterPress.ge xəbər verir ki, Qomelauri baş verən hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

“Dünən baş verənlər çox təəssüf doğurur. İstintaqa dünən başladıq. Şəxsin kimliyindən asılı olmayaraq, qanun pozanların hamısı sərt şəkildə cəzalandırılacaq. Bu çox pis bir həqiqətdir. Bəzi insanlar nədənsə bu mövzunun etnik qarşıdurmaya çevirilməsinə çalışırlar, burada hansısa bir qüvvə və qrupdan bəhs etmək istəmirəm.

Azərbaycanlılar və gürcülər bizim vətəndaşlarımızdır. Əsrlər boyu birlikdə yaşayırlar, onlar bizim qardaşlarımızdır. Əlbətdə bu məsələ etnik qarşıdurmaya keçməməlidir. Etnik azərbaycanlılar hər şeydən əvvəl vətəndaşlarımızdır, bununla belə Azərbaycan strateji tərəfdaşımız, müttəfiqimiz, qonşumuz və dostumuzdur. Buna imkan verməməliyik. Bunun etnik bir məsələ olduğunu söyləyən və qarışdırmaq istəyən ölkənin düşmənidir. Buna imkan verməyəcəyik", - dedi Vaxtanq Qomelauri.

Nazir istintaq başladıldığını və bir neçə nəfərin dindirildiyini bildirib.

"Saxlanıldıqlarını hələ təsdiq edə bilməyəcəm. Prokurorluqla işləyirik. Razıyam, vəziyyət pis idi, insanlar çox tez toplandılar və xaotik vəziyyət sürətlə yarandı. Dünəndən sonra polis gücləndirildi, daha çox qüvvə göndərildi, lakin bu qüvvələrin bu vəziyyətdə yetərli olmadığı aşkarlandı. 150 nəfərə qədər idi. Dinc vaxtda 20 kişi varsa, təəssüf ki, onqat artırılmışdı. Belə böyük bir kütlə idarə edilə bilmədi və Dmanisiyə əlavə qüvvələr gətirildi. Vəziyyət bundan sonra sakitləşdi. Buna görə də bu insanları dərhal dayandırmaq və münaqişəni son çatdırmaq mümkün olmadı", - dedi Qomelauri.

Bizimlə əlaqə saxlayın