17 
May
2021
12:47
1419

DİN Dmanisidə baş verən hadisə ilə bağlı bəyanat yayır

Dmanisidə baş verən qarşıdurmada iştirak edən şəxslərin kimliyi polis tərəfindən müəyyənləşdirilib.

lnterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi Dmanisi şəhərində yerli əhalinin müxtəlif qrupları arasındakı qarşıdurma ilə əlaqədar bəyanat yayır.

Daxili İşlər Nazirliyi qarşıdurma tərəflərini polisin qanuni tələblərinə tabe olmağa və sakit olmağa çağırır ki, yerdəki münaqişənin süni etnik qarşıdurmaya çevrilməsinə töhfə verməsinlər.

“Daxili İşlər Nazirliyi asayişin qorunmasına cavabdeh bir qurum olaraq, Dmanisidə toplanan vətəndaşları qanunun tələblərinə əməl etməyə və sakit olmağa çağırır. Polis ona verilən mandat çərçivəsində hərəkət edəcək və hər hansı bir qanun pozuntusuna cavab verəcək.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri bu mərhələdə müəyyənləşdirdi ki, bu il mayın 16-da Dmanisidə yerli sakinlər arasında qarşıdurma baş verib və nəticədə qrup zorakılığına çevrilib. Polis qarşıdurmada iştirak edən şəxslərin kimliyini müəyyənləşdirdi və istintaq çərçivəsində bütün lazımi istintaq və prosessual tədbirlər aparılır.

Dmanisidəki qarşıdurmanın təkrarlanmaması və hadisələrin süni şəkildə artmasının qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olur və ictimai asayişi qoruyurlar.

Daxili İşlər Nazirliyi, qarşıdurma tərəflərini bir daha polisin qanuni tələblərinə tabe olmağa və davam edən qarşıdurmanın süni etnik qarşıdurmaya çevirilməməsi üçün sakit olmağa çağırır" - deyilir bəyanatda.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər