17 
May
2021
12:35
318

Baş nazir peyvəndlərin əlavə dozalarının nə vaxt gətiriləcəyini açıqladı

"Peyvənd baxımından kifayət qədər təsirli və uğurlu danışıqlar aparırıq, daha dəqiq desək, yayda, iyun-iyul aylarında "Pfizer"in əlavə peyvəndlərinin gətirilməsindən danışırıq".

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumət iclasında bildirib.

Baş nazirin qeyd etdiyinə görə, birbaşa danışıqlar prosesində iştirak edir və "Pfizer" prezidenti ilə bir sıra telefon danışıqları aparıb.

"Peyvənd baxımından istehsalçılar ilə kifayət qədər təsirli və uğurlu danışıqlar aparırıq. Biri artıq peyvənd almağa başladığımız "Kovacs" platformasıdır. İkincisi birbaşa istehsalçılardan alınan peyvəndlərdir. Bir neçə gün ərzində nazirlə birlikdə ictimaiyyətə ətraflı məlumat təqdim etmək imkanımız olacaq. Daha dəqiq desək, söhbət yayda, iyun-iyul aylarında "Pfizer"in əlavə dozalarının gətirilməsindən gedir. Milyon doza barədə danışıqlar aparılır. Bu işdə birbaşa iştirak etdim, "Pfizer" prezidenti ilə bir sıra telefon danışıqlarım oldu", - dedi İrakli Ğaribaşvili.

Eyni zamanda, hökumət başçısının sözlərinə görə, "Sinopharm" və "Sinovac" fabrikləri ilə əlavə dozaların tədarükü, həmçinin "Moderna" və "Novovax" ilə yeni peyvədlərin gətirilməsi barədə danışıqlar aparılır.

"Əlavə dozaların tədarükü ilə bağlı Çinin "Sinopharm" və "Sinovac" fabrikləri ilə, həmçinin "Novovax" və "Moderna" ilə yeni peyvəndlərin gətirilməsi barədə birbaşa danışıqlar aparırıq. Buna görə çox nikbinik. Razılaşmalar artıq imzalanıb və yaxın aylarda əlavə dozaları alacağıq, buna görə peyvəndləmə prosesində heç bir gecikmə olmayacaq", - dedi İrakli Ğaribaşvili.

Bizimlə əlaqə saxlayın