Daxili İşlər Nazirinin müavini: "Dmanisidə baş verən insidentlə bağlı zorakılıq maddəsi ilə istintaq başladıldı"
"Dmanisidə baş verən insidentlə bağlı operativ axtarış və istintaq tədbirləri davam edir".
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlama verib.
"Dmanisidə baş verən insidentlə bağlı sizə bildirmək istəyirəm ki, zorakılıq maddəsi ilə istintaq başladıldı, operativ axtarış və istintaq tədbirləri aparılır, qeyd olunan işdə iştirak edən şəxslər müəyyənləşdirilir və barələrində qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək", - dedi Daraxvelidze.
Onun qeyd etdiyinə görə, bütün təfərrüatlar istintaq çərçivəsində müəyyən ediləcək.
"Faktla bağlı araşdırma aparılır. Bu işdə mövcud olan bütün faktiki hallar müəyyənləşdiriləcək və istintaq hər şeyi öyrənəcək", - dedi Daraxvelidze.


