16 
May
2021
10:47
308

David Zalkaliani Kiyevə rəsmi səfər edəcək

Gürcüstan Baş nazirinin müavini, Xarici İşlər Naziri Davit Zalkaliani 16-17 may tarixlərində Kiyevə rəsmi səfər edəcək.

InterPress.ge xəbər verir ki, Nazir Ukraynanın qanunverici və icra hakimiyyətinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

Ukraynaya rəsmi səfəri zamanı danışıqlarda Gürcüstan-Ukrayna strateji tərəfdaşlığı, müxtəlif əməkdaşlıq sahələri və əlaqələrin daha da gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Səfər zamanı Gürcüstan Xarici İşlər Naziri üç ölkənin, Moldova, Gürcüstan və Ukraynanın xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Nazirlər üç ölkə arasında siyasi dialoqun gücləndirilməsi, Avropa ittifaqı ilə iqtisadi və sahə inteqrasiyasının möhkəmləndirilməsi, gələcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq işləri, eləcə də təhlükəsizlik mühiti və bölgədəki problemləri müzakirə edəcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər