13 
May
2021
11:51
3157

Bu gündən etibarən bu məhdudiyyətlər ləğv olundu

"Bu gündən etibarən tətillərlə əlaqədar olaraq əlavə edilmiş bütün qaydalar qaldırıldı. Bu bələdiyyə nəqliyyatına, məktəblərə, təhsil müəssisələrinə və bağçalara şamil edilir".

InterPress.ge xəbər verir ki, İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəisi Qiorqi Ğibradze bu barədə jurnalistlərə açıqlama verib.

Əməliyyat Qərargahı rəisinin sözlərinə görə, mövcud digər məhdudiyyətlər qüvvədə qalır.

“Bu məsələ aydındır, həm əhalini, həm də qərar verən insanları, hamımızı narahat edir. Vəziyyət daimi olaraq təhlil olunur. İdarələrarası Koordinasiya Şurasında vahid məlumatlar təhlil edilir və aydındır ki, epidemioloji vəziyyət imkan verən kimi qaydalar yüngülləşdiriləcək. Bu, yalnız rəqəmlərdən asılı deyil. Qərar verərkən nəzərə alınan bir çox başqa komponent var. Komponentlərin birləşməsi imkan verən kimi, aydındır ki, qaydalar yüngülləşdiriləcək", - dedi Qiorqi Ğibradze.

Bizimlə əlaqə saxlayın