Xarici İşlər naziri İsraildən yaralanan Gürcüstan vətəndaşı ilə bağlı açıqlama verdi
İsrail ərazilərində Gürcüstan vətəndaşları ilə davamlı ünsiyyət qurulur.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani qeyd edib.
Onun sözlərinə görə, artıq qaynar xətt də aktivləşdirilib.
“Yaxın Şərqdəki vəziyyət bizi çox narahat edir. İsraildə mülki şəxslərə qarşı həyata keçirilən raket hücumlarını qınayırıq. Hər şeydən əvvəl, hazırda İsraildə olan həmvətənlərimizin taleyi bizi narahat edir. Səfirlik 24 saat rejimindədir. Həmvətənlərimizlə davamlı ünsiyyətdəyik, artıq qaynar xətt də aktivləşdirildi"- David Zalkaliani.
Eyni zamanda, Zalkalianinin verdiyi məlumata görə, İsraildəki bir Gürcüstan vətəndaşı yüngül xəsarət alıb.
Onun sözlərinə görə, Gürcüstanın İsraildəki səfirliyi onunla əlaqə saxlayır və yaralılının sağlamlığı üçün heç bir təhlükə yoxdur.
"Bizim böyük arzumuz vəziyyətin sabitləşməsi, raket hücumlarına ən qısa müddətdə son qoyması və əhalinin dinc bir mühitdə yaşamağa davam etməsi üçün bir fürsətin tapılmasıdır. İsraildə baş verən hadisədə bir vətəndaşımız yüngül xəsarət aldı. Səfirlik onunla ünsiyyətdədir və sağlamlığında heç bir təhlükə yoxdur, artıq xəstəxanadan buraxılıb və özünü yaxşı hiss edir"- dedi David Zalkaliani.


