12 
May
2021
13:51
784

Təhsil Nazirliyi bəyanat yayır

Bütün məktəblər tədris prosesini bərpa etməyə hazırdır.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

“Koordinasiya Şurasının qərarına əsasən, Gürcüstanın bütün təhsil müəssisələrində təhsil prosesi mayın 13-də bərpa ediləcək. Tədrislərə başlamaq üçün həm Təhsil Nazirliyi, həm də Səhiyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər görülmüşdür. Məktəbə qayıtmaq səbəbidən Gürcüstanın hər yerində müəllimlərin və məktəb rəhbərliyi nümayəndələrinin tesdən keçirilməsinə başlanıldı və binalar dezinfeksiya edildi. Bundan əlavə, Tbilisidə və bölglərdə müəllimlərin könüllü peyvəndləməsi intensiv şəkildə həyata keçirilir.

Kovid-ə yoluxmuş insanların statistikasının artmasına baxmayaraq, məktəblərdə virusun qarşısını almaq üçün bütün şərait yaradılır ki, şagirdlər məktəbə qayıtsın və təhsil prosesinə sinif otaqlarında davam etsinlər. Xüsusilə, Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış bütün tövsiyələr dövlət və özəl məktəblərdə tam yerinə yetirilir. Hər məktəb müvafiq dezinfeksiyaedicilərlə təchiz olunmuşdur və məktəbə kənar şəxslərin girişinə nəzarət gücləndirilmişdir” , - Təhsil Nazirliyinin məlumatında qeyd olunur.

İdarənin məlumatına görə, təhsilin bərpa olunması ilə birlikdə Nazirlik tərəfindən nəzarət yenidən sərtləşdiriləcəkdir.

“Təhlükəsizliyi tam təmin etmək üçün təhsil müəssisələrinin monitorinqi fəal şəkildə davam etdiriləcəkdir.

Tətildən əvvəl olduğu kimi, şagirdlərin valideynləri yenə də distant təhsil formasını seçmək imkanı qazanacaqlar.

Şagirdin təhsilini uzaq formatda davam etdirməsini istəyən valideynlər məktəb rəhbərliyi ilə əlaqə saxlayaraq Təhsil İdarəetmə İnformasiya Sisteminin veb saytında qeydiyyatdan keçməlidirlər - online.emis.ge.

Gürcüstanın hər yerində, risk qrupuna daxil olan müəllimlərə, müvafiq tibbi hesabata əsasən, məktəb rəhbərliyinə distant formatda işləməyə davam etmək üçün müraciət etmək imkanı verilir”, - Təhsil Nazirliyinin məlumatında qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər